Müharibə

Britaniya səfirliyinin işğaldan azad olunan ərazilərdə mina təhlükəsi barədə VİDEOÇARXI

Sharing is caring!

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi işğaldan azad olunan ərazilərimizdə mina təhlükəsi barədə videoçarx hazırlayıb.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı kadrlar diplomatik nümayəndəliyin “Twitter” hesabında paylaşılıb.

Yüz minlərlə insanın 30 il ildir ki, öz yurd-yuvasından didərgin düşdüyü vurğulanan kadrlarda Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld, UNICEF-in Azərbaycandakı nümayəndəsinin müavini Uilyam Abi Abdallah və Laçın rayonundan məcburi köçkün Zeynəb Əliyevanın fikirləri əksini tapıb.

Zeynəb Əliyeva müharibə başlayanda hazırda yaşadıqları bağçaya köçdüklərini, indi də vətənə qayıtmaq üçün gözlərinin yolda olduğunu bildirib. Lakin o, doğma yurdlarına qayıdışda ən böyük problemin minalarla bağlı olduğunu vurğulayıb və qayıdış zamanı ailəsini qorumaq üçün hansı ərazilərin təhlükəsiz, hansının təhlükəli olduğunu bilmək istədiyini deyib. 

Səfir Fergus Auld Britaniyanın bu təhlükənin aradan qaldırılması kimi mühüm işdə Azərbaycana yardım məqsədilə və minalarla bağlı maarifləndirməni genişləndirmək üçün UNICEF-ə növbəti dəfə ianə etdiklərini deyib.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin müavini Uilyam Abi Abdallah da öz növbəsində ötən il Böyük Britaniyanın ianəsi hesabına xüsusilə azyaşlıların partlayıcı sursatlarla çirklənmiş təhlükəli ərazilərdən kənarda qalmalarına kömək edən işarələr, eləcə də, məlumat  məqsədli təhsil və kommunikasiya materialları hazırlandığını qeyd edib.

“Məqsədlərimizdən biri də düzgün davranış qaydalarını təşviq etməklə bu torpaqlara qayıdan insanların, xüsusilə uşaqların təhlükəsizliyini təmin etməkdir”, – deyə o bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir