Müharibə

Ermənistanın Tərtərə raket atmasından və 16 yaşlı gəncin ölümündən iki il keçir – VİDEO

Sharing is caring!

Ermənistanın silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Tərtərdə dinc əhaliyə qarşı törətdikləri terror aktından iki il keçir.

Oxu.Az xəbər verir ki, 2020-ci il oktyabrın 24-də səhər saat 10:00 radələrində erməni hərbçiləri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılıb. 

Raket kənddəki meyvə bağına düşüb. Hadisə nəticəsində bağda xurma dərən 2004-cü il təvəllüdlü, 10-cu sinif şagirdi İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

Ermənilərin məqsədinin dinc azərbaycanlı əhalini qorxutmaq olsa da, onlar buna nail ola bilməyiblər. Atılan raket ətrafda ciddi dağıntılara səbəb olub.

Hadisə nəticəsində həlak olan məktəblinin valideynləri mətbuata açıqlamalarında bildiriblər ki, Orxan Vətən müharibəsi başlayandan kəndlərində şəhid olmasın deyə dua edib. Hətta anasına deyib ki, əhd etmişəm ki, 44 günlük Vətən müharibəsi bitənə qədər bizim kənddən şəhid olmasa, cib xərcliyimi sənə verəcəyəm, onunla ərzaq alıb halva bişirərsən, kənd sakinlərinə paylayaram.

Çox təəssüf olsun ki, Orxan özü həmin kəndin şəhidi oldu…

AzTV həmin hadisənin ikinci ili ilə bağlı Tərtərin Kəbirli kəndindən reportaj hazırlayıb:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir