Müharibə

Beynəlxalq ədalət carçılarının ikiüzlülüyü: Arayik Harutyunyanın müharibə ilə bağlı etirafları – VİDEO

Sharing is caring!

Törətdiyi cinayət əməllərini etiraf edən terrorçu Arayik Harutyunyan hələ də azadlıqdadır. Çünki qanunların aliliyi tezisini əllərində bayraq edən böyük güclərin ədalət dediyi məfhum məqsədlərinə gedən yolun başlanğıcında bitir. Eynilə Qərbin kuklası olan ermənilərin Cənubi Qafqazda illərdir həyata keçirdiyi terrorçuluq siyasəti kimi. Məhz elə buna arxalanaraq, İkinci Qarabağ müharibəsində məğlubedilməz hesab etdikləri orduları darmadağın olunandan sonra qanlı siyasətə keçdilər.

Döyüş əməliyyatlarının getdiyi yerdən 60 kilometr aralıda yerləşən Gəncəni ağır artilleriya atəşinə tutdular. Aralarında körpələr və qadınlar da olmaqla, 27 nəfəri qanına qəltan etdilər. 125 nəfər isə ağır yaralandı. 

Hadisə şahidi Gülçin Ağayeva 17 oktyabr 2020-ci ildə 4 ailə üzvü ilə birlikdə ağır yaralı halda dağıntılar altından çıxarılıb. Babası isə həmin gecə həlak olub.

“Bizi xəstəxanaya aparanda hələ babamın şəhid olduğunu bilmirdik. Xəstəxanadan evə buraxılanda öyrəndik ki, babam həlak olub”, – deyə o qeyd edib.

Bütün cinayətlərin məsuliyyətini Qarabağda yuva salan terrorçu xunta rejimi üzərinə götürsə də, separatçıların silah dəstəkçisi olan qüvvələr də ən azı onlar qədər cinayət məsuliyyəti daşıyırlar.

Törədilən müharibə cinayətləri ilə bağlı bir çox dövlətlər, BMT, Avropa İttifaqı kimi təşkilatlar fikir bildirsələr də, indiyədək cinayətkarların cəzalandırılması üçün praktiki heç bir addım atılmayıb. 

Cinayət əməllərinin genişmiqyaslı olması üçün xüsusilə gecə yarısını seçən terrorçu hakimiyyət öz qanlı əməlinə don geyindirmək üçün bildirib ki, guya hədəfləri mülki insanlar yox, hərbi təyinatlı binalar olub. Halbuki, ümumiyyətlə həmin ərazidə hərbi infrastruktur olmayıb. Qəsdən yaşayış binaları, fərdi evlər hədəf alınmışdı, onlardan biri də Azərbaycanın illərdir qucaq açdığı, vətəndaşlıq verdiyi erməni əsilli Karina Qriqoryana məxsus idi. O cümlədən qətlə yetirilənlərdən biri anası erməni olan 13 yaşlı Mayakov Artur Vladimiroviç idi ki, Gəncəyə bibisigilə qonaq gəlmişdi. 

Millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, Azərbaycan bu cinayət faktlarını beynəlxalq təşkilatların və hüquq subyektlərinin diqqətinə çatdırsa da, indiyə qədər onlardan məsələyə adekvat reaksiya verilməyib. Siyasətdə olduğu kimi, beynəlxalq hüququn tətbiqində də ikili standartlar var.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir