Müharibə

Türkiyəli polkovnik: “Paşinyan bundan sonra Bakı ilə ikitərəfli görüşlərə çalışmalıdır” – VİDEO

Sharing is caring!

“Paşinyan Putinə zəng vurur, ABŞ-la təmas edir, Makronla danışır. Ancaq bu səyləri mənasızdır”.

Bunu Türkiyənin ehtiyatda olan polkovniki Ünal Atabay Ermənistanın baş naziri Nikol Paşinyanın sərhəddə vəziyyətin kəskinləşməsi ilə əlaqədar hərəkətlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, əslində 44 günlük müharibədən sonra Minsk qrupunun fəaliyyəti bitib.

“Zatən 30 il bu problemə çarə olmadılar. Bu üçlüyün gətirə biləcəyi həll yoxdur”, – deyən polkovnik müharibənin bu məsələni həll etdiyini, hazırda isə geriyə qalanın sazişin müddəalarının yerinə yetirmək olduğunu bildirib.

“Ermənistanın bundan sonra görəcəyi iş Azərbaycanla ikitərəfli görüşlər və sazişləri yerinə yetirmək olmalıdır”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, Ermənistan bütün dünyadan təcrid olunduğunu, qapalı qutuya girdiyinin fərqində deyil.

“Əslində Azərbaycan iqtisadiyyatı çökmüş və çox pis vəziyyətdə olan Ermənistana böyük imkanlar təqdim edir. Paşinyan bunu görməlidir, ancaq qlobal aktorların ağlından, Ermənistan diasporunun çığır-bağırından özünü qurtara bilmir”, – deyə Atabay sözlərini yekunlaşdırıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir