Media

“The Canberra Times” qəzeti Azərbaycanın tarixi qələbəsindən yazdı – VİDEO

Sharing is caring!

Avstraliyanın “The Canberra Times” qəzetində “Ermənistanda etirazçılar Baş nazir Paşinyanın istefasını tələb edir” adlı məqalə dərc edilib.

Baku TV xəbər verir ki, qəzet Azərbaycanın tarixi qələbəsindən də bəhs edib.

Məqalədə on minlərlə müxalifət tərəfdarının İrəvan şəhərində keçirdikləri mitinqdə Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan hərbi əməliyyatlara görə Baş nazir Nikol Paşinyanın istefasının tələb edildiyi də qeyd olunub.

Bildirilib ki, altı həftə davam edən müharibə Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-da imzalanmış üçtərəfli sənədə əsasən Ermənistanın məğlubiyyəti ilə başa çatıb. Azərbaycan Ermənistan ordusunun təqribən 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı torpaqları azad edib. Qeyd edilib ki, ötən əsrin 90-cı illərində Ermənistanın əsassız ərazi iddiaları nəticəsində başlanan döyüşlər Azərbaycanın Dağlıq Qarabağ regionunun və yeddi rayonunun işğal edilməsi ilə başa çatmışdı.

Son olaraq cari il sentyabrın 27-də Ermənistan ordusunun mülki əhaliyə qarşı təxribatlarına cavab olaraq, Azərbaycan ordusunun əks-hücum əməliyyatlarına başladığı qeyd edilib. Cəmi 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi böyük uğur nəticəsində Ermənistanın məğlubiyyətlə bağlı sənədi imzalamağa məcbur edildiyi vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir