MDB

Rusiya 9 yüksək vəzifəli kanadalı məmurun ölkəyə girişini yasaqladı – Siyahı

Rusiya doqquz kanadalı rəsmi şəxsin ölkəyə girişinə qadağa qoyub.

“XəbərAl.az” xəbər verir ki, bununla bağlı Rusiya XİN-in sözçüsü Mariya Zaxarova yazılı açıqlama yayıb.

O bildirib ki, qadağa həmin şəxslərin Rusiyaya qarşı münasibətin formalaşması və tətbiqindəki rollarına görə qoyulub:

“Kanada administrasiyası müxtəlif səviyyələrdə Rusiyaya qarşı təşəbbüsləri dəstəkləyir. Ottava Ukrayna və Baltikyanı ölkələrin Rusiyaya qarşı əsassız ittihamlarına dəstək verir, Rusiyanın daxili işlərinə qarışmağa təşəbbüs göstərir”.

Zaxarova əlavə edib ki, sözügedən qərar Kanadanın martın 24-də qəbul etdiyi sanksiya qərarına cavabdır.

Rusiyanın sanksiya tətbiq etdiyi kanadalı rəsmilərin siyahısı belədir:

Ədliyyə naziri və baş prokuror Devid Lametti

Federal Penitensiar Xidmət rəisi Anne Kelli

Atlı Polis komissarı Brenda Laki

Prezident Administrasiyası Daxili siyasət idarəçiliyi rəhbəri Marsi Sarkes

Regional əlaqələr naziri Dominik LeBlank

Milli müdafiə nazirinin müavini Codi Tomas

Baş qərargah rəisinin müavini Mayk Roula

Atlı Polis komissarının müavini Brian Brennan

Silahlı Qüvvələr Təhlükəsizlik rəhbəri Skott Bişop.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir