MDB

Putin Paşinyanla sərhəddəki vəziyyəti müzakirə etdi

Sharing is caring!

Ermənistanın baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

XəbərAl.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, tərəflər Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Putin Yerevanla Bakı arasındakı təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunan Rusiya lideri atəşkəsə əməl olunmasına diqqət çəkərək, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların tələblərinə əməl olunmasının zəruriliyini ifadə edib.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir