Sentyabrın 27-də səhər saatlarında Rusiyanın paytaxtı Moskvanı bürüyən duman səbəbindən azı doqquz reys təxirə salınıb. Paytaxt hava limanlarının onlayn tablosuna əsasən, Şeremetyevoda iki reys, Domodedovoda üç reys gecikib, daha biri ləğv edilib. Vnukovoda dörd reys gecikir, Jukovskidə isə bir reys təxirə salınıb. Eyni zamanda, səhər saat 7:50-də (Bakı vaxtı ilə 8:50-də) Rusiya paytaxtında azı 17 reys […]
Rusiyanın Bryansk vilayətinin Suraj rayonunda ehtiyat neft məhsulları olan 1,8 min kvadratmetr sahədə yanğın baş verib. Bu barədə bölgənin qubernatoru Aleksandr Boqomaz “Telegram” kanalında bildirib: “Suraj rayonunda neft məhsulları olan çənlər yanır. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Zərərçəkənlər barədə məlumat daxil olmayıb”. Yanğının söndürülməsinə 80-dən çox canlı qüvvə və 30-dan çox texnika, o cümlədən […]
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir müşavir təyin edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, bu, Vüqar Əliyevdir. O, bundan əvvəl “PricewaterhouseCoopers” və KPMG beynəlxalq audit şirkətlərində rəhbər vəzifələrdə çalışıb. Bu təyinatla AMB-də sədrin müşavirlərinin sayı 2-yə çatıb. Qeyd edək ki, Mərkəzi Bankın sədrinin digər müşaviri Abdulla Kərim oğlu Məlik-Aslanovdur. […]