İdman

“Borussiya”dan böyükhesablı səfər qələbəsi – VİDEO

Sharing is caring!


Almaniya Bundesliqasında 18-ci turunda “Köln” və “Borussiya” Dortmundu qəbul edib.

“Reyn-Enerji” stadionunda keçirilən oyunda qonaqlar qalib gəliblər – 0:4.

12-ci dəqiqədə “Borussiya”nın hücumçusu Malen fərqlənib. 58-ci dəqiqədə hücumçu Füllkruq penaltini qola çevirərək, qonaqların üstünlüyünü artırıb. Üç dəqiqə sonra Malen dubl edib. 90+2-ci dəqiqədə isə hücumçu Moukoko yekun hesabı təyin edib – 0:4.

Qeyd edək ki, hazırda “Borussiya” 2023/2024 mövsümü üçün Bundesliqanın turnir cədvəlində beşinci yeri tutur. Komanda 18 oyundan sonra 33 xal toplayıb. Köln isə 11 xalla 17-ci yerdədir.

Almaniya çempionatının turnir cədvəlinə Bayer (45) başçılıq edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir