Bakıda intihar hadisəsi olub. Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib. 49 yaşlı qəsəbə sakini Əmirova Sevinc Rəhim qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq həyatına son qoyub. Onun hansı səbəbdən intihar etdiyi hələlik bilinmir. Xeberal.az
İran İraqda hökumət əleyhinə baş verən etiraz aksiyalarını nəzərə alaraq İlam əyalətindəki Mehran sərhəd keçid məntəsini bağladığını açıqlayıb. XəbərAl.az xəbər verir ki, bu barədə İlam əyaləti valisinin müavini Məhəmməd Nevzeri bildirib. Amma o, sərhəd keçid məntəqəsinin nə zaman açılacağı haqda danışmayıb. Bu arada hərbi məktəbi ziyarət edən İranın Ali dini lideri Ayətullah Xamneyi İraq və […]
Bu gün səhər saatlarında bir qrup silahlı şəxs İranın cənub-şərqində yerləşən Rask şəhərində polis idarəsinə hücum edib. Nəticədə 12 polis əməkdaşı öldürülüb. Polislərin öldürülməsi barədə məlumatı İranın Sistan və Bəlucistan əyalətinin qubernatorunun müavini də təsdiq edib. Hadisədən dərhal sonra “Ceyş əl-Zalm” terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Mənbə: Tasnim Xeberal.az