MARAQLI

Piramidalar kimi möhtəşəm: Səudiyyədə 170 km uzunluğunda güzgülü göydələnlər tikiləcək – FOTO/VİDEO

Sharing is caring!

Səudiyyə Ərəbistanı divarları güzgülü şüşə ilə üzlənmiş 170 km uzunluğunda “Mirror Line” göydələn tikmək planlarını açıqlayıb. Neom şəhərinin bir hissəsi sayılacaq 500 m hündürlükdəki binalar kompleksinin tikintisinin ölkəyə bir trilyon dollara başa gələcəyi hesablanıb.

Binalar 170 km məsafədə bir-birinə paralel şəkildə uzanacaq. Şahzadə Məhəmməd bin Salman tikintini 2030-cu ilə qədər başa çatdırmaq istəyir, lakin mühəndislər bunun 50 il çəkə biləcəyini deyirlər.

Şahzadənin sözlərinə görə, layihə sakinlərinin gündəlik ehtiyaclarını qarşılamaq üçün infrastruktur obyektləri onlardan cəmi beş dəqiqə aralıda yerləşəcək. Eləcə də kompleksin bir başından digərinə avtomobilin köməyi olmadan 20 dəqiqəyə çatmaq mümkün olacaq.

Doqquz milyon sakinin olacağı şəhərcikdə yüksəksürətli qatar və qayıqlar üçün körpü də olacaq. Bundan başqa, 300 m yüksəklikdə bir stadion nəzərdə tutulub.

“Mirror Line”da bərpa olunan enerjidən istifadə olunacaq. Şahzadə Salman binaların sıfır karbon emissiyalı və ekoloji cəhətdən təmiz olacağını iddia edir. O, həmçinin “Neom layihəsi”nin minlərlə yeni iş yeri yaradacağına və neftlə zəngin ölkəyə təbii ehtiyatlardan asılılığını azaltmağa kömək edəcəyinə ümidini bildirib.

Mənbə: Naked Science

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir