MARAQLI

Qəbiristanlıqda işləyən maskalı və dəryazlı kişi yerli sakinləri qorxutdu – FOTO

Sharing is caring!

Rusiyanın Kaluqa vilayətində qəribə görünüşlü sirli kişi barədə görüntülər yayılıb. Məlumata görə, qorxunc maskada və əlində dəryaz olan kişi qəbiristanlıqda işləyir və pul müqabilində məzarları alaq otlarından təmizləyir.

Sosial şəbəkələrdə kişinin bu vəziyyətdə məzarlıqda işləməsi birmənalı qarşılanmayıb. Bəziləri bunun qorxunc olduğunu düşünür, digərləri isə kişinin bu geyiminin işlədiyi məkana uyğun gəldiyini deyirlər.

Yerli sakinlərdən bəziləri isə kişinin qəza nəticəsində üzündə problemlər yarandığı üçün gündəlik həyatda da maska ilə gəzdiyini yazıblar.

Mənbə: “Lenta dna” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir