MARAQLI

Rusiyada kanat yolunda qəza: Aralarında uşaqlar olmaqla onlarla sərnişin havada qaldı – VİDEO

Sharing is caring!

Ufada kanat yolu dayanıb. Sərnişinlər bir neçə metr hündürlükdə havada asılı qalıblar.

Ümumilikdə funikulyorun kabinələrində 9-u uşaq olmaqla 35 nəfər olub.

İnsanların aşağı düşməsinə kömək etmək üçün hadisə yerinə xilasedicilər cəlb olunub.

Zərərçəkənlərin olmadığı bildirilir.

Məlum olub ki, kanat yolu dayaqlardan birində kabeldə qəza səbəbindən dayanıb. Funikulyor təmirə bağlanıb.

Mənbə: Ufa1.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir