MARAQLI

Hansı çay COVID-19-un qarşısını alır?

Sharing is caring!




Corciya Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, süd və şəkərsiz çay tüpürcəkdə SARS-CoV-2-ni təsirsiz hala sala bilər ki, bu da virusun aşağı tənəffüs sisteminə daxil olmasına qismən mane olur.

Araşdırmanın nəticələri “Food and Environmental Virology” jurnalında dərc olunub.

ABŞ alimlərinin tədqiqatının məqsədi beş növ çayın (yaşıl, qara, moruq, evkalipt və nanə) antibakterial və antiviral xüsusiyyətlərini öyrənmək olub. Tədqiqatçılar hər fincan üçün hər növdən bir paket çaydan istifadə edərək süd və şəkər əlavə edilmədən içkilər hazırlayıblar. Daha sonra çay on dəqiqə dəmlənib və koronavirusa yoluxmuş insanların sınaq şüşələrindəki tüpürcək nümunələrinə bir-bir əlavə edilib.

Təcrübənin nəticələri göstərib ki, bütün beş növ çay tüpürcək nümunələrində qaldıqdan sonra 10 saniyə ərzində virusun aktivliyini ən azı 96% azaldır. Ən təsirlisi isə qara çay olub. O, SARS-CoV-2-ni 99,9% təsirsiz hala gətirə bilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir