İdman

“Qarabağın” məğlubedilməz rəqibindən Almaniyada növbəti inamlı qələbə – VİDEO

Sharing is caring!


Almaniya Bundesliqasının 25-ci turunun “Bayer” – “Volfsburq” qarşılaşması başa çatıb. Komandalar Leverkuzen şəhərinin BayArena stadionunda qarşılaşıblar. Görüşün baş hakimi Daniel Siebert olub. 

Artıq 28-ci dəqiqədə “canavarlar”ın müdafiəçisi Moritz Jenz meydandan qovulub. Doqquz dəqiqə sonra “Bayer” bu boşluqdan məharətlə yararlanıb – Natan Tella meydan sahiblərini hesabda irəli çıxarıb. 86-cı dəqiqədə “Bayer”in hücumameyilli yarımmüdafiəçisi Florian Virtz matçda son nöqtəni qoyub – 2:0.

“Bayer” bu mövsüm Bundesliqada şəriksiz liderdir. Komanda 25 matçda 67 xal toplayıb. Xabi Alonsonun yetirmələri ikinci yerdə qərarlaşan “Bavariya”nı 10 xal qabaqlayırlar. “Volfsburq” isə 25 xalla 13-cü yerdədir.

Leverkuzenlilər bütün turnirlərdə bugünkü oyun daxil 35 oyundur uduzmurlar. Xabi Alonsonun çalışdırdığı kollektiv bunlardan 31-də qalib gəlib, 4 oyunda heç-heçə edib.

Qeyd edək ki, bu il Avropanın məğlubedilməzi sayılan “Bayer” UEFA Avropa Liqasında “Qarabağ”ın rəqibidir. Bakıda keçirilən ilk oyunda “Köhlən atlar” güclü rəqibi ilə heç-heçə etmişdi. Cavab qarşılaşması isə martın 14-də Leverkuzendə keçiriləcək. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir