MARAQLI

“Star Wars”un uşaq ulduzu psixiatriya hospitalına yerləşdirilib – FOTO

Sharing is caring!

“Star Wars” (“Ulduz müharibələri”) serialının uşaq ulduzu kimi tanınan və filmdə “Anakin Skayvolker” obrazı ilə yadda qalan Ceyk Lloyd psixiatriya hospitalına yerləşdirilib.

Onun orta məktəb illərindən psixi problemləri olduğu və 10 aydır psixi sağlamlıq mərkəzində müalicə aldığı üzə çıxıb.

Bununla bağlı 35 yaşlı aktyorun anası Liza Lloyd “Scripps News” nəşrinə verdiyi müsahibədə danışıb.

Liza Lloyd oğlunun xasiyyətindəki dəyişikliyi ilk dəfə gördüyü vaxtı xatırlayıb.

“Ceykin orta məktəbdə bəzi problemləri yaranmağa başladı. O, fərqli “reallıqlar” haqqında danışırdı. Bu reallıqdamı, yoxsa başqa bir reallıqdamı olduğunu bilmirdi. Nə deyəcəyimi bilmirdim”, – deyə qadın qeyd edib.

Aktyorun anası bir gün oğlundan ev tapşırığını yerinə yetirib-yetirmədiyini soruşub.

“Mən bunu etməliyəm, ya yox, bilmirəm. Hansı reallıqda olduğumu bilmirəm”, – deyə Ceyk ona cavab verib.

“Və mən dedim ki, sən bu gün mənim reallığımdasan, ona görə də ev tapşırığını etməlisən”, – deyə Liza qeyd edib.

Anasının sözlərinə görə, Ceyki həkimə apardığı zaman onda bipolyar pozğunluq ola biləcəyi deyilib.

“Problemin aradan qaldırılması üçün bir neçə dərman verdilər, amma heç biri təsir etmədi. Daha sonra universitetə ​​başladı. Amma çox dərs buraxırdı və mənə insanların onu izlədiyini deyirdi. Bizə demirdi, amma var olmayan səslər eşidirdi. Küçədə ona baxan “qara gözlü” insanları gördüyünü deyirdi. Bəzən gecə saatlarında “Daily Show”un aparıcısı Con Stüart ilə televiziya ekranından söhbət edirdi. Bir dəfə təşviş içində mənə zəng edib dedi ki, evə kimsə girib və onu vurub. Dəhşətə gəlmişdim, amma sonra hallüsinasiya olduğunu anlamışdım”, – deyə Liza Lloyd əlavə edib.

Yeniyetməlik illərindən müxtəlif həkimlərə müraciət edən Ceyk Lloyda sonunda paranoid şizofreniya diaqnozu qoyulub.

“Onlar Ceykə diaqnozunu deyəndə, bu onu daha pis depressiyaya saldı. Həqiqətən çox çətin idi. Xəstə olduğunu düşünmədiyi üçün bir müddət dərman qəbulundan imtina etmişdi”, – deyə anası bildirib.

Mənbə: Milliyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir