Dünya

Məhkəmə İmran Xanın verdiyi apellyasiya şikayətinə baxacaq

Sharing is caring!

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı Partiyasının lideri İmran Xanın dövlət sirri haqqında qanunu pozmaq ittihamı ilə hökmündən verilən apellyasiya şikayətinə baxmağa razılıq verib.

Məlumata görə, apellyasiya məhkəməsi martın 18-nə təyin edilib.

Daha əvvəl məhkəmə bildirib ki, Xanın bu səs-küylü iş üzrə verdiyi hökmdən apellyasiya şikayəti vermək hüququ yoxdur.

Qeyd edək ki, yanvarın 30-da qapalı keçirilən məhkəmə prosesində Xan keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi ilə birlikdə dövlət sirri haqqında qanunun beş və doqquzuncu maddələrini pozduğuna görə 10 il həbs cəzasına məhkum edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir