MARAQLI

Texasda meşə yanğınları yarım milyon hektar ərazini məhv etdi – FOTO/VİDEO

Sharing is caring!


Texasda “Smokehouse Creek” adı verilən meşə yanğını bir milyon akrdan (435 min hektar) çox əraziyə yayılıb.

Bu barədə Texas Yanğın Departamenti xəbər yayıb.

Beləliklə təbii fəlakət ştat tarixinin ən böyük meşə yanğını hesab edilib.

“Hatçinson dairəsində “Smokehouse Creek” yanğın ərazisi 1 075 000 akr olaraq qiymətləndirilir, yanğın bu ərazinin cəmi 3%-ində lokallaşdırılıb. Texasda 1 050 000 akr meşə yanıb”, – deyə məlumatda bildirilib.

O da qeyd olunub ki, təbii fəlakətin sahəsi Rod-Aylend ştatının ölçüsünü üstələyir.

Qeyd edək ki, günlərdir davam edən yanğına görə 60 əyalətdə fövqəladə vəziyyət elan edilib. Təbii fəlakət nəticəsində azı iki nəfər həlak olub. Onlardan birinin yanaraq öldüyü vurğulanıb.

Bundan başqa sürətlə yayılan yanğınla əlaqədar sakinlər özləri qaçsalar da, heyvanları buraxmağa imkan edə bilməyiblər. Nəticədə yüzlərlə heyvan əzab içində ölüb.

Yanğın qonşu Oklahoma ştatına keçib və burada 115 min akr (46,5 min hektar) sahədə yayılıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir