MARAQLI

“Spokoynoy noçi, malışi!” verilişində kuklalardan birini səsləndirən məşhur aktyor vəfat edib – FOTO

Sharing is caring!


Rusiyanın uşaqlar üçün məşhur “Spokoynoy noçi, malışi!” (“Gecəniz xeyrə qalsın, uşaqlar!”) adlı televiziya proqramında ayı balası “Mişutka”nı səsləndirən aktyor İqor Kapatov vəfat edib.

Bu barədə onun 1977-1982-ci illərdə işlədiyi Başqırdıstan Dövlət Kukla Teatrından məlumat verilib.

71 yaşlı aktyorun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Kapatov həm də rejissor və quruluşçu rəssam kimi tamaşalar üzərində çalışıb. 1993-cü ildə Başqırdıstan Respublikasının xalq artisti adına layiq görülüb, 2003-cü ildən 2016-cı ilə qədər “Spokoynoy noçi, malışi!” verilişində işləyib.

Mənbə: Kommersant

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir