Cəmiyyət

“YAŞAT” Fondu və “Azərkontrakt” niyyət protokolu imzalayıb

Sharing is caring!


“YAŞAT” Fondu və “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti arasında niyyət protokolu imzalanıb.

Sənədi “Azərkontrakt” ASC-nin sədr müavini Güləddin Dadaşov və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov imzalayıblar.

Sənədə əsasən “YAŞAT” Fondunun 2024-cü il ərzində həyata keçirəcəyi sosial layihələrin maliyyələşməsi məqsədilə Fondun büdcəsinə vəsait köçürülüb.

Qeyd olunan əməkdaşlıq sosial məsuliyyət çərçivəsində “Azərkontrakt” ASC və “YAŞAT” Fondu tərəfindən müvafiq kateqoriyadan olan şəxslər üçün sosial layihələrin həyata keçirilməsinə real töhfələr verəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir