MARAQLI

Üzdəki sızanaqlar ciddi xəstəliyin xəbərçisi ola bilər

Sharing is caring!


“Qadının üzündəki sızanaqlar ciddi bir xəstəliyin xəbərçisi ola bilər”.

Bu barədə Rusiyanın tanınmış terapevti və teleaparıcısı Yelena Malışeva xəbərdarlıq edib.

O, zərərsiz görünən bu simptomun yumurtalıqların polikistoz sindromunun ilk əlaməti ola biləcəyin deyib.

“Bu xəstəlik zamanı yumurtalıqlar qadın cinsi hormonlarını istehsal etmirlər və nəticədə orqanizmdə kişi cinsi hormonları üstünlük təşkil etməyə başlayır. Bu xəstəliyin başqa bir əlaməti isə bütün bədənin tüklənməsidir”, – deyə həkim bildirib.

Mütəxəssis sızanaqları çox olan xanımlara ginekoloqa müraciət etməyi və onlarda polikistoz yumurtalıq sindromunun olub-olmadığını öyrənməyi məsləhət görüb.

Malışeva onu da vurğulayıb ki, bu xəstəliyi uğurla müalicə etmək olar.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir