MARAQLI

“Survivor”da Turabi təcili xəstəxanaya yerləşdirildi: “Sınıqlar üçün gəldik, reanimasiyaya düşdük” – FOTO

Sharing is caring!


Türkiyənin məşhur “Survivor” müsabiqəsinin iştirakçısı, səhhətindəki problemlərə görə müsabiqə ilə vidalaşmalı olan Turabi Çamkıran təcili xəstəxanaya yerləşdirilib.

“Turbo” ləqəbi ilə yadda qalan Turabi bu barədə “Instagram” hesabında paylaşım edib və reanimasiyada olduğunu açıqlayıb.

O, xəstəxana otağında çəkdirdiyi fotonu yayımlayıb.

“Sınıq və çıxıq üçün gəldik, reanimasiyaya yerləşdirildik”, – deyə o, fotoya şərh verib.

“Ağır infeksiyam var. Ciyərim məhv olmaq üzrə imiş. Bir “Survivor”dan çıxdıq, digərinə düşdük”, – deyə Turabi Çamkıran əlavə edib.

Mənbə: “Akşam”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir