MARAQLI

Rusiyada marketə soxulan donuzlar sərxoş oldular – VİDEO

Sharing is caring!


Rusiyada Çelyabinsk şəhərinin yaxınlığındakı kənddə üç donuz marketə daxil olub. Onlar piştaxtaların arasında sərbəst gəziblər.

Bununla bağlı video “Telegram” kanallarında yayılıb.

Kadrlardan görünür ki, heyvanlar ən çox içki şöbəsi ilə maraqlanıblar. Donuzlar şüşələri rəflərdən atıb içindəkiləri yerdən yalamağa başlayıblar.

Müştərilərdən heç birinin xəsarət almadığı bildirilib. Donuzlar daha sonra mağazanı tərk ediblər. Onların sonrakı taleyi məlum deyil.

Mənbə: octagon-media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir