Dünya

Rusiyada qadının çantasından yüzlərlə insan embrionu tapılıb – FOTO

Sharing is caring!


Rusiyanın Leninqrad vilayətindəki İvanqorod keçid məntəqəsində Estoniyadan gələn qonağın çantasından bir neçə ədəd yüz insan embrionu tapılıb.

Məlumata görə, Kingisepp gömrük işçiləri qadının baqajını skanerdən keçirərkən qeyri-adi yük aşkar ediblər. Ekranda insan embrionlarının konturlarını görənlər, yumşaq desək, təəccübləniblər və dərhal yoxlamaya başlayıblar. Çantanı açanda ümumi çəkisi 4,3 kiloqram olan bir neçə yüz plastik mulyaj olan paketlər görüblər. Hər nüsxənin üzərində “Oyuncaq deyil” yazısı olub.

Xanım izah edib ki, heç bir cinayət törətməyi planlaşdırmır, sadəcə olaraq üçüncü şəxslərin xahişini yerinə yetirir. Buna baxmayaraq, onun barəsində “Malların bəyan edilməməsi” inzibati maddəsi ilə iş açılıb.

Mənbə: “Mash” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir