MARAQLI

Poladdan hazırlanan “Tesla Cybertruck” paslanmağa başladı – FOTO

Sharing is caring!


Avtomobil sənayesinin yeni məhsulu – paslanmayan poladdan hazırlanan “Tesla Cybertruck” ABŞ yollarında bu yaxınlarda peyda olmasına baxmayaraq, artıq paslanmağa başlayıb.

Bu barədə istifadəçilər sosial şəbəkələrdə fotolar paylaşıblar. Onların sözlərinə görə, cəmi iki ay sonra avtomobildə narıncı pas ləkələri görünməyə başlayıb.

Qeyd edək ki, “Tesla”nın istifadəçi təlimatında “Cybertruck” sahiblərinə korroziya reaksiyasına səbəb ola biləcək hər hansı maddələrdən istifadə qadağan edilib. Bu siyahıya yağ, piy, quş zılı, ağac şirəsi, ölü həşəratlar, qudron ləkələri, yol duzu və digər maddələr daxildir.

Mənbə: “Koroçe” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir