MARAQLI

Oğrunun evə girməsinin ev sahibinin evə girməsindən daha asan olduğu şəhər – VİDEO

Sharing is caring!


Baku TV-də Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə Kataloniyanın paytaxtı, məşhur muzeylərin, tikililərin və əfsanəvi Messinin ikinci vətəni Barselonadan bəhs olunub.

Bildirilib ki, barselonalılar həddindən çox emosional olduqlarına görə burada emosiyalara nəzarət etmək üçün nəzərdə tutulmuş fənn var. Uşaq yaşlarından emosiyaları cilovlamaq üçün bu dərsi ibtidai siniflərdən keçməyə başlayırlar.

Burada əsl kral sarayını xatırladan 17-ci əsr memarlıq incisi olan hospital mövcuddur. Bu sarayın içərisi isə son model tibbi ləvazimatlar və texniki avadanlıqlarla təchiz olunub. Sığortası olmayanlar bir gün üçün 500 avro (920 manat) ödəməklə bu palatada qala bilərlər.

Hamilə vaxtı bu klinikada yatan bütün qadınlar özlərini əsl kraliça kimi hiss edirlər. Burada hamilələrə şokolad, qəhvə, hətta bir qədəh şərab da verilir.

İspanlar analara xüsusi münasibət göstərirlər. Dövlət hər şey edir ki, dünyaya uşaq gətirmək istəyən qadınları tək buraxmasın. Hər uşağa görə sosial müavinət 1000 avrodur (1840 manat).

Barselonada yaşamağın pis tərəfləri də var. Burada cibgirlər həddindən artıq çoxdur. Polislər onlarla mübarizədə bəzən aciz qalırlar. Ən dəhşətlisi isə odur ki, bir neçə həftə evdə olmasan, gəlib görə bilərsən ki, artıq evində başqa biri yaşayır.

Qanunda olan boşluqdan istifadə edərək evləri zəbt edənləri oradan çıxarmaq da çətindir. Onlar kilidi dəyişirlər və sən öz şəxsi evinə daxil ola bilmirsən. İspaniya qanunlarına görə, əgər kilid dəyişdirilibsə, sən onu sındırıb hətta öz şəxsi mənzilinə də girə bilməzsən. Ya gərək onlarla sövdələşəsən və öz evini pul müqabilində geri alasan, ya da məhkəməyə müraciət edəsən.

Daha ətraflı süjetdə:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir