İdman

“Barselona” son dəqiqə qolu ilə qalib gəldi – VİDEO

Sharing is caring!


İspaniya La Liqasının 25-ci turunda “Selta Viqo” “Barselona”nı qəbul edib.

Oyun Viqodakı “Balaidos” stadionunda baş tutub.

Qarşılaşma 2:1 hesabı ilə “Barselona”nın xeyrinə yekunlaşıb.

Görüşdə hesabı 45-ci dəqiqədə Kataloniya klubunun hücumçusu Robert Levandovski açıb. 47-ci dəqiqədə “Selta”nın hücumçusu Yaqo Aspas hesabı bərabərləşdirib. Matçın 90+7-ci dəqiqəsində Levandovski penaltidən fərqlənərək dubl edib və komandasına 3 xal qazandırıb.

Hazırda “Selta”nın 21 xalı var və klub 17-ci yerdədir. “Barselona” isə 54 xalla üçüncüdür. La Liqanın lideri hazırda 61 xalı olan “Real Madrid”dir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir