MARAQLI

Rusiyada “Mazda” iki yük maşınının arasından keçdi: Ölümdən son anda qurtuldular – ANBAAN VİDEO

Sharing is caring!


Rusiyanın Kemerovo şəhəri yaxınlığındakı Sibir magistralında “Mazda” markalı minik avtomobili iki böyük yük maşınının arasından keçməli olub.

Belə ki, yük maşınlarından biri digərini ötmək istəyib və bu səbəbdən əks yola çıxıb.

Qəza vəziyyəti maşının içindəki videoregistratora əks olunub. Kadrlarda “Mazda”nın iki yük maşını arasındakı dar sahədən məharətlə keçdiyi anlar yer alıb. Həmçinin hadisə zamanı maşının içində olanların qorxu dolu qışqırıq səsləri də eşidilib.

Qəza nəticəsində “Mazda”nın güzgüsü, bamperi və qanadı zədələnib. Sürücünün sözlərinə görə, qarşıdan gələn yük maşınının sürücüsü hadisə yerini tərk etməyə çalışıb və onu təqib etməli olublar.

Zərərçəkənlər hadisənin şahidi kimi öz yolu ilə gedən digər yük maşınının sürücüsünün tapılmasını istəyirlər. 

Hadisə ilə bağlı araşdırma gedir.

Mənbə: NGS.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir