MARAQLI

Mənasız görünən dəri cızılması qadını 55 əməliyyata məruz qoydu – FOTO

Sharing is caring!


Tilov ipinin dərisini cızması qadını 55 əməliyyat keçirməsinə səbəb olub.

Hadisə Böyük Britaniyada baş verib.

Bildirilib ki, Esseks sakini Mişel Milton 2019-cu ildə balıq tutarkən təsadüfən dərisini cızıb. Bir neçə gündən sonra qadının ayağı şişməyə başlayıb, həmçinin hərarəti artıb.

Həkimlər onun infeksiyaya yoluxduğunu aşkar edərək antibiotik kursu təyin edirlər. Lakin müalicə kömək etmir. Qadının orqanizmində tezliklə antibiotiklərə qarşı müqavimət yaranır.

İnfeksiya getdikcə yayılır və o, çoxsaylı əməliyyatlar keçirməli oldu. Ümumilikdə beş il ərzində o, zədələnmiş toxumaların çıxarılması üçün dörd dəri transplantasiyası daxil olmaqla 55 əməliyyat keçirib.

Hazırda qadın çətinliklə hərəkət edə və otura bilir. Ağrı o qədər şiddətlidir o, həkimlərdən ayağını kəsmələrini xahiş edir.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir