MARAQLI

Rusiyalı qadın ərini qorumaq üçün yumruqlarını işə saldı – VİDEO

Sharing is caring!


Rusiyada liftdə baş verən davanın görüntüləri sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Kadrlar Krasnodarda qeydə alınıb.

Münaqişə Köhnə Yeni il münasibətilə keçirilən tədbirdən qayıdan cütlüklə səs-küyə görə narazılıq edən qonşu arasında baş verib.

Videoda əvvəlcə qadının dava edən kişilərin arasına girməyə çalışdığı görünür. Ancaq bunun xeyri olmadığını görən qadın kənara çəkilir, gödəkçəsini çıxarır və qonşuya yumruqlar vurmağa başlayır.

Görüntülərin sonunda qadının qonşunu qucaqlayaraq şikayət etməməsi üçün razı salmağa çalışması əks olunub.

Qadının hərəkəti istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb, belə xanımı olan kişiyə ölüm olmadığı vurğulanıb.

Mənbə: “Kub Mash” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir