Kriminal

Saxlanılan şəxslərdə üç kiloqram narkotik aşkarlanıb – VİDEO

Sharing is caring!


Narkokuryerlik etdikləri üçün saxlanılan şəxslərdə üç kiloqram heroin, marixuana və 400 ədəd tramadol həbi aşkar edilib.

Daxili İşlər Nazirliyi xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt ərazisində narkokuryerliklə məşğul olan 21 yaşlı Ağabəy Vəlicanov və əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elxan Həsənov saxlanılıblar. Onlardan ümumilikdə iki kiloqram heroin və bir kiloqram marixuana aşkar olunub. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində güclü təsiredici həblərin satışı ilə məşğul olan 1948-ci il təvəllüdlü Arif Abasov da saxlanılıb. Həmin şəxsdən ümumilikdə 400 ədəd satışı qadağan olunan tramadol həbi aşkar olunub. Arif Abasovun həbləri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir