MARAQLI

“Nine Senses”də Şri Şri Ravi Şankarın meditasiya praktikası keçirilib – FOTO/VİDEO

Sharing is caring!


Yanvarın 8-də “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində yoqa müəllimi İlhamə Şirinovanın yoqa və pranayama üzrə master-klası, həmçinin məşhur hind quru Şri Şri Ravi Şankarın meditasiya praktikası keçirilib.

Bu barədə Oxu.Az-a “Nine Senses”dən məlumat verilib.

Bildirilir ki, bu yolla mərkəz yeni layihəni – mənəvi ustadlar və xüsusi dəvət olunmuş qonaqlarla ünsiyyət silsiləsini – təqdim edib.

Qeyd edək ki, Şri Şri Ravi Şankar – mənəvi ustad, ictimai xadim və “Art of Living” beynəlxalq təşkilatının yaradıcısıdır. O, qonaqlarla söhbət edib, həyat, fəlsəfə, insanın mənəvi yolu ilə bağlı sualları cavablandırıb və təbii ki, “Nine Senses”in qonaqları ilə öz təcrübəsini, sevgisini bölüşüb.

Tədbirdə Şri Şri Ravi Şankar Bakının dünyanın ən xoşbəxt şəhəri olmaq üçün böyük potensiala malik olduğunu bildirib və ölkənin mənəvi mədəniyyətinin inkişafına töhfə vermək üçün geri dönəcəyini vəd edib.

Qeyd edək ki, məşhur ustad təkcə meditasiya müəllimi deyil, həm də “Biznesdə etika naminə” beynəlxalq forumunun təsisçisi və “Padma Vibhuşan” ordeninin kavaleridir.

O, 2009-cu ildə “Forbes India”nın Hindistanın yeddi ən güclü adamı siyahısında 5-ci yerdə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir