MARAQLI

Ruhi dispanserə aparılan Dilan Polatın vəkilindən xəbərdarlıq: “İflic ola bilər” – FOTO

Sharing is caring!


Çirkli pulların yuyulmasına görə həbs olunan türkiyəli fenomen Dilan Polatın səhhətində ciddi problemlər yaranıb.

Bu barədə onun vəkili Hüseyn Kaya xəbər verib.

Onun sözlərinə görə, həbsxana kamerasının çox rütubətli olması səbəbindən Dilan Polatda oynaq ağrıları başlayıb.

“Dilan uşaqlarına görə çox narahatdır. Ona görə də müvəkkilimin psixologiyasının pisləşdiyini düşünürəm. O, yeriməkdə çətinlik çəkir. Mənimlə görüşəndə ​dedi ki, ​üzündə uyuşma var. Düşünürəm ki, bu da streslə bağlıdır”.

Vəkili məşhur bloqerin iflic ola biləcəyin deyib.

“Bütün baş verənlər onun psixologiyasına çox mənfi təsir edib, ciddi fiziki ağrılar keçirir. O, psixoloji məyusluq yaşayır. Üzündə vaxtaşırı uyuşma olur. Vəkili olaraq bu barədə həkimlərdən soruşduqda onlar müvəkkilimin belə təzyiqlə iflic olma ehtimalının böyük olduğunu dedilər”, – deyə Hüseyn Kaya xəbərdarlıq edib.

Qeyd edək ki, məşhur bloqer ağır stres keçirdiyi üçün bir neçə gün öncə Psixi və Əsəb Xəstəlikləri Xəstəxanasına aparılıb. Orada müayinələrdən sonra yenidən həbsxanaya qayrtarılıb.

Mənbə: Hurriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir