Cəmiyyət

Qarabağda yaşayan erməni sakinlərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir

Sharing is caring!


Qarabağda yaşayan erməni sakinlərin Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir.

APA xəbər verir ki, sentyabrın 5-də Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 avtomobildə ümumilikdə 29 nəfərin Laçın sərhəd-buraxılış məntəqəsindən keçməklə Xankəndi-Gorus istiqamətində hərəkəti təmin olunub.

Onlardan 4 nəfər BQXK-nın əməkdaşı, 9 nəfər sürücü, 9 nəfər xəstə, 6 nəfər müşayiətçi, 1 nəfər isə tibb işçisi olub.

Bu, bir daha göstərir ki, Laçın yolunun bağlı olması barədə erməni tərəfinin iddiaları əsassızdır. Laçın sərhəd-buraxılış məntəqəsi humanitar məqsədlər üçün açıqdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir