Siyasət

“MədəniyyətimİZ” layihəsinin növbəti qonağı Xalq artisti Əlixan Səmədov olacaq

Sharing is caring!


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində “MədəniyyətimİZ” layihəsinin növbəti görüşü tanınmış balaban ifaçısı, Azərbaycan Respublikasının Xalq artisti Əlixan Səmədov ilə baş tutacaq.

Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək görüşdə Xalq artisti qədim və zəngin mədəni dəyərlərə, irsə malik balaban alətinin incəlikləri, milli ifaçılıq ənənələrinin inkişafından bəhs edəcək. Tədbir müddətində, həmçinin, “Ümummilli lider Heydər Əliyevin peşəkar Azərbaycan musiqi mədəniyyətinin inkişafında ictimai-siyasi fəaliyyəti”, “Balaban alətinin dünya ictimaiyyətinə təbliğində gənclərin rolu” və “Təhsildə yeni, innovativ yanaşmalar: yaradıcı sənayenin inkişafı kontekstində milli ifaçılıq üslubu ənənələrinə baxış” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Tədbirin bədii hissəsində Xalq artisti Əlixan Səmədovun ifasında sevilən əsərlər, həmçinin gənc musiqiçilərin ifasında müxtəlif musiqi nümunələri təqdim ediləcək.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/dzEGJ

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir