MARAQLI

2023-cü ildə dünyada 21 milyarder ölüb

Sharing is caring!


Ötən il 21 milyarder dünyasını dəyişib.

Bu milyarderlərdən doqquzu ABŞ vətəndaşı olub. Milyarderlərdən üçü Hindistanda, ikisi Malayziyada dünyasını dəyişib.

Onlardan yalnız biri qadın idi – Çinin “WuXi App” əczaçılıq şirkətinin həmtəsisçisi Tes Çjao Nin. O, son 20 ildə xərçənglə mübarizə apardıqdan sonra xəstəliyə məğlub olub və 56 yaşında vəfat edib.

2023-cü ildə məşhur misirli milyarder, şahzadə Diananın sevgilisi Dodi Əl-Fayedin atası Məhəmməd Əl-Fayed də vəfat edib, onun 94 yaşı var idi. O, Parisdəki “Ritz” otelinin sahibi olub, əvvəllər isə Londonun “Harrods” univermağı və “Fulham” futbol klubunun sahibi idi.

Ölənlər arasında ən yaşlı milyarder avtomobil dilerləri şəbəkəsinin sahibi, “Clear Channel” radiostansiyasının (indiki “iHeartMedia”) təsisçisi Billi Co “Red” Makkombs (95 yaş) və milyarder, investor Uorren Baffetin “Berkshire Hathaway” şirkətinin sədr müavini, həmçinin səhmdarı Çarlz Manger (99 yaş) olub.

2023-cü ildə vəfat edən milyarderlər arasında amerikalı musiqiçi və iş adamı Cimmi Baffet, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni, “Intel”in həmtəsisçisi Qordon Mur, Hindistanın ən böyük boya şirkəti “Asian Paints Ltd”nin müstəqil direktoru Aşvan Dani (siyahıdakı ən zəngin şəxs; sərvəti 8 milyard dollar idi) və digərləri də var.

Mənbə: Forbes

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir