MARAQLI

Yer kürəsinin ən gözəl qızı seçildi – FOTO/VİDEO

Sharing is caring!


“Miss Earth” (“Yer kürəsi gözəli”) beynəlxalq gözəllik müsabiqəsinin qalibi Albaniya təmsilçisi olub.

Bu barədə finalın “YouTube”da yayımı zamanı məlumat verilib.

“Miss Earth” müsabiqəsinin finalında münsiflər heyəti dörd qalibi seçib. Ən şərəfli titul “Miss Earth” hesab olunur ki, bu titul da albaniyalı Drita Ziriyə qismət olub.

Həmçinin hava, od və su kimi digər elementlərin də kraliçaları seçilib.

Filippinli İlyana Aduana “Miss Air” (Hava) olub. Tayland təmsilçisi Kora Blialult “Miss Fire” (Od), vyetnamlı Do Txi Lan An isə “Miss Water” (Su) tituluna layiq görülüblər.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir