Dünya

NATO baş katibi vəzifəsindən gedir: “Bu, son idi”

Sharing is caring!


NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildən sonra səlahiyyət müddətinin uzadılmayacağını açıqlayıb.

Stoltenberq bildirib ki, iyulda onun səlahiyyətləri sonuncu dəfə uzadılıb. Onun sözlərinə görə, 30 sentyabr 2023-cü ildə kreslosunu tərk etməli idi.

“Bəli, bu mənim səlahiyyətlərimin sonuncu uzadılmasıdır”, – deyə Stoltenberq qeyd edib.

Xatırladaq ki, NATO üzvü olan ölkələr Stoltenberqin Şimali Atlantika Alyansının rəhbəri kimi səlahiyyətlərini 2024-cü il oktyabrın 1-dək uzadıb. O, 2014-cü ildən bloka rəhbərlik edir və bu artıq dördüncü uzatmadır.

Daha əvvəl Yens Stoltenberq 2023-cü ilin sentyabrından sonra NATO-nun rəhbəri vəzifəsində çalışmaq niyyətində olmadığını bildirib. Lakin son bir il ərzində müttəfiqlər arasında fikir ayrılığı səbəbindən onun yerinə heç kimi tapmaq mümkün olmayıb.

Mənbə: CNN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir