MARAQLI

“Dune” filminin ikinci hissəsinin treyleri yayımlandı – VİDEO

Sharing is caring!


Məşhur rejissor Denis Vilnevin “Dune” filminin ikinci hissəsinin treyleri yayımlanıb.

Filmin müddəti 166 dəqiqədir. Bu, rejissorun karyerasında ən uzun filmdir.

Villnev bundan əvvəl bildirmişdi ki, “Dune” filminin davamı birinci hissədən daha yaxşı və dinamik olacaq.

İkinci hissənin premyerası 2024-cü ilin martin 1-nə planlaşdırılıb.

Xatırladaq ki, birinci film məşhur Atreydes evinin varisi Polun ailəsi ilə birlikdə Kainatın ən təhlükəli planetlərindən birinə – Arrakisə getməsindən bəhs edir. Burada qum, yandıran Günəş, nəhəng bədheybətlər və qalaktikalararası qarşıdurmaların əsas səbəbi Melanj adlı inanılmaz qiymətli bir qaynaqdan başqa heç nə yoxdur. Hakimiyyətin ələ keçirilməsi nəticəsində Pol qaçmaq və gizlənmək məcburiyyətində qalır və bu onun epik səyahətinin başlanğıcı olur.

Mənbə: Kinotv.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir