MARAQLI

ABŞ-də Kapitoliyə hücumun yeni görüntüləri yayıldı – VİDEO

Sharing is caring!


ABŞ-də 2021-ci il yanvarın 6-da baş tutan Kapitoli binasına hücumun yeni görüntüləri yayılıb.

Binanın daxilindəki təhlükəsizlik kameralarının lentə aldığı görüntüləri ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson paylaşıb.

Kadrlarda nümayişçilərin, o cümlədən “QAnon şamanı” kimi tanınan amerikalı Ceykob Çenslinin şaman paltarında Kapitoliyə girmələri əks olunub.

Daha sonra təhlükəsizlik qüvvələri qalxan və dəyənəklərlə nümayişçiləri binadan çıxarmağa nail olsalar da, onlar yenidən binaya daxil olublar.

Xatırladaq ki, avqust ayında keçmiş ABŞ prezidenti Donald Tramp Kapitoliyə hücumda ittiham edilərək məhkəməyə çağırılıb. Məhkəmə prosesinin 2024-cü il martın 4-də başlanması planlaşdırılıb.

Qeyd edək ki, ABŞ-nin Kolorado ştatının məhkəməsi keçmiş prezident Donald Trampın 2021-ci ilin yanvarında Kapitoliyə hücumda əli olduğunu təsdiq edib. Bununla belə, məhkəmə Trampın 2024-cü il prezident seçkisində iştirakını davam etdirə biləcəyi barədə qərar verib.

Mənbə: “RT” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir