Cəmiyyət

Şabranda yük və minik avtomobilləri toqquşub, ana və qızı xəsarət alıblar – FOTO

Sharing is caring!


Bakı-Quba yolunun Şabran rayonunun Günəşli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, Sumqayıt sakini Filman Telman oğlu Mahmudovun idarə etdiyi 99-JN-675 dövlət nömrə nişanlı, “Mersedes” markalı yük avtomobili Şabran rayon sakini Elvin Orucovun idarə etdiyi 77-XL-701 dövlət qeydiyyat nişanlı KIA markalı minik avtomobili ilə toqquşub. Nəticədə KIA yoldan çıxaraq aşıb.

Hadisə zamanı minik avtomobilində olan şəxslər, sürücünün həyat yoldaşı, 1984-cü il təvəllüdlü Rübabə Orucova və qızı, 2010-cu il təvəllüdlü Gülay Orucova xəsarət alıblar. Onlar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir