MARAQLI

Özünü güllələyən məşhur idmançının son paylaşımı: “Hər xəyanət etibardan başlayır” – FOTO

Sharing is caring!


Bolqarıstan millisinin keçmiş biatlonçusu Krasimir Anev özünü qarnından güllələyib. O, ağır yaralı vəziyyətdə Kyustendil şəhərindəki bəndin yaxınlığında tapılıb.

Polisin məlumatına görə, idmançı hərbi xidmətdə olduğu üçün tapançası lisenziyalı olub (Keçmiş biatlonçu 2021-ci ildən təlimatçı kimi hərbi kadrların hazırlanmasına köməklik göstərir).

Bildirilir ki, ölkənin Hərbi Tibb Akademiyasının reanimasiya şöbəsinə yerləşdirilən 36 yaşlı idmançı süni şəkildə komaya salınıb. Onun vəziyyəti stabil ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisədən bir neçə gün əvvəl Anev sosial şəbəkələrdə yazıçı Pavel Vejinovun “hər bir xəyanət etibardan başlayır” sitatını paylaşıb və paylaşımını “mütləq həqiqət” sözləri ilə şərh edib.

Anev 2020-ci ildə karyerasını bitirib. Bolqar biatlonçu Avropa Çempionatının qalibi və dəfələrlə mükafatçısı, Yay Biatlon Dünya Çempionatının mükafatçısı, “Vankuver-2010”, “Soçi-2014” və “Pxençxan- 2018” Olimpiadalarının iştirakçısıdır.

Mənbə: Dir.bg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir