MARAQLI

Əlil arabasında görünən Hollivud ulduzunun son halı pərəstişkarlarını qorxutdu – FOTO

Sharing is caring!


Hollivud ulduzu Keyt Bekinseyl əlil arabasından fotosunu yayımlayıb. Kadrlar sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Belə ki, pərəstişkarları onun səhhətindən narahat olublar, ancaq “Bekinseyl bir klinikanın yaxınlığında görünürsə, hətta əlil arabasında olsa belə deməli plastik əməliyyatdan çıxıb”, – deyənlər də az olmayıb.

Bütün bu müzakirələr aktrisanın əsəblərini pozub və o, son paylaşımında bu cür iddiaları sərt şəkildə cavablandırıb.

 “Mənə çox verilən “Heç pis şəkliniz olub” deyə soruşanlara cavab verirəm. Bu səhər stomatoloqun kabinetindən çıxan bu adamın “cazibəsini” sizə göstərə bilərəm”, – deyə o, bildirib.

Məlum olub ki, Bekinseyl ümumi anesteziya altında ağıl dişini çıxartdırıb, sonra isə qeyri-ideal göründüyü şəklini sosial şəbəkələrdə paylaşmaq qərarına gəlib.

Mənbə: Elle

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir