Cəmiyyət

Mingəçevirdə kafedə dava: Yaralananlar var

Sharing is caring!


Mingəçevir şəhərində yerləşən kafelərin birində dava baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, hadisə noyabrın 3-ü saat 19 radələrində olub.

Aralarında baş vermiş mübahisə zamanı 1992-ci il təvəllüdlü Fariz Xaləddin oğlu Aslanov əvvəlcə kəsici alətlə 1965-ci il təvəllüdlü Çingiz Əliyev və 1986-cı il təvəllüdlü Ariz Tağıyevə, daha sonra isə Çingiz Əliyev kəsici alətlə Fariz Aslanova xəsarət yetirib.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir