MARAQLI

“Microsoft” inqilabi dəyişklik: İllərdir istifadə edilən vacib düymə süni intellektə görə ləğv edilir – FOTO

Sharing is caring!


“Microsoft” şirkəti  “Windows”un növbəti versiyasında proqramların axtarışı və işə salınması üçün “Start” düyməsini ləğv edə bilər.

Bu barədə şirkətin baş direktoru Satya Nadellanın dediklərindən məlum olub. O, əməliyyat sisteminin bəzi yeni xüsusiyyətlərini açıqlayarkən, düymənin süni intellektlə əvəzlənəcəyini deyib.

Yeni funksiyanın “Copilot” adlandığını deyən şirkət rəhbəri onun “Start” düyməsinə bənzədiyini vurğulayıb.

“O, tətbiqlərinizlə bütün qarşılıqlı əlaqənin təşkilatçısı olacaq”, – deyə Nadella vurğulayıb.

“Microsoft”un rəhbəri bildirib ki, süni intellekt istifadəçi vərdişlərini tamamilə dəyişəcək.  Onun sözlərinə görə, “Windows 12” istifadəçiləri üçün “Start” vasitəsilə lazımi proqramları əllə axtarmaq və ya müəyyən məlumatları daxil etməkdənsə, süni intellektə səsli əmr vermək daha asan olacaq.

“Start” – “Windows”un müvafiq düyməni basmaqla işə salınan menyusudur. Bu düymə “Microsoft”un ən qədim funksiyalarından biridir və ilk dəfə 1995-ci ildə buraxılmış “Windows 95”də görünüb.

Mənbə: PCWorld

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir