MARAQLI

Rusiya və Çindən maraqlı addım: Yükləri pilotsuz maşınlara etibar edəcəklər

Sharing is caring!


Amur vilayətində pilotsuz yük maşınlarının Rusiya və Çin arasındakı Blaqoveşensk-Heyhe körpüsü boyunca buraxılması planlaşdırılır.

Bu barədə Amur vilayətinin yerli hökumətindən bildirilib.

Qeyd olunur ki, təklif Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumu zamanı müzakirə olunub.

Hökumət nümayəndələri beynəlxalq daşımalarda süni intellektlə idarə olunan yük maşınlarından istifadənin inzibati prosedurları xeyli sadələşdirəcəyini vurğulayıblar.

Tərəflər bu sahəni inkişaf etdirmək niyyətində olduqlarını qeyd ediblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir