Cəmiyyət

ADY: “Selin yaratdığı fəsadlardan sonra qatarların hərəkəti bərpa edilib” – VİDEO

Sharing is caring!


Bu gecə Şimal bölgəsinə yağan güclü yağışlar nəticəsində Biləcəri-Yalama sahəsinin Zarat dəmiryol stansiyası və Giləzi-Zarat mənzilində sel suları ciddi fəsadlar yaradıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Bildirilir ki, nəticədə infrastruktura ziyan dəyib, qatarların hərəkətində fasilələr yaranıb.

Hərəkətin təhlükəsizliyi və fasiləsizliyin təmin edilməsi üçün operativ olaraq əraziyə xüsusi texnika və işçi qüvvəsi səfərbər olunub. Fəsadlar qısa zamanda aradan qaldırılıb və yük qatarlarının hərəkət fəaliyyəti bərpa edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir