MARAQLI

Altayda türklərə məxsus qayaüstü təsvir aşkar edilib

Sharing is caring!


Altay Respublikasının (Rusiya) Koş-Ağaç bölgəsindəki Taldura çayı ərazisində, X-XIX əsrlərə aid qayaüstü təsvirlər aşkar edilib.

Bu barədə Altay Dövlət Universitetinin Böyük Altay elm və təhsil mərkəzinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, qayada atlı və həmin dövrlərə aid dəbilqə təsviri olub.

O da vurğulanıb ki, petroqliflərin tarixini müəyyənləşdirmək kifayət qədər çətindir. Lakin tapıntının X əsrdən XIX əsrə qədər ola biləcəyi düşünülür.

Mütəxəssislər tapıntını qiymətli mənbə hesab ediblər. Çünki türk dövrünə aid dəfn və xatirə komplekslərinin gələcək tədqiqatlara böyük təkan verəcəyini düşünürlər.

Hazırda arxeoloqlar tapılan materialları təhlil edirlər. Onlar öz işlərinin nəticələrini 18-20 oktyabr 2023-cü il tarixlərində Altay Dövlət Universitetində keçiriləcək “Slavyan və türk xalqlarının tarixdə və müasirlikdə birliyi” III Beynəlxalq Altay Forumunda təqdim etməyi planlaşdırırlar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir