MARAQLI

Primorye sahillərində qatil balina sürüsü lentə alındı – VİDEO

Sharing is caring!


Primoryedə, Naxodka şəhəri yaxınlığındakı Şepalovo körfəzi sahillərində dalğıclar qatil balina sürüsünü lentə alıblar.

Dalğıclar balina sürüsü ilə qarşılaşdıqları videogörüntüləri öz “Telegram” kanallarında paylaşıblar.

Ən azı dörd balina bir müddət qayığı “təqib edib”, bəzən düz qayığın göyərtəsinə yaxınlaşıb və onun altında üzməyə başlayıb. Ehtimal var ki, bu kadrların əldə edilməsi üçün dalğıclar balinaları balıqla şirnikləndiriblər.

Sosial şəbəkə istifadəçiləri video müəlliflərinin bu cəsarətlərini ağılsızlıq kimi dəyərləndiriblər. Çünki çəkisi səkkiz tona, uzunluğu doqquz metrə çatan qatil balinalar kiçik gəmini asanlıqla aşıra bilərdilər.

Mənbə: “KP” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir