Dünya

Türkiyədə qəzaya düşənləri xilas edənlər avtobusun altında qaldılar: Ölənlər var – VİDEO

Sharing is caring!

Türkiyənin Qaziantep şəhərinin Nizip rayonunda avtomobil dərəyə aşıb.

Qəza yerinə xilasedicilər, təcili yardım, polis əməkdaşları cəlb ediliblər. Yolda hərəkət dayandırılıb.

Bu zaman sərnişin avtobusu yolda dayanan təcili yardım, polis, xilasedici və İHA-nın canlı yayım maşınına çırpılıb.

Nəticədə 3-ü yanğınsöndürən, 2-si səhiyyə işçisi, 2-si jurnalist olmaqla, 15 nəfər həlak olub, 22 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb.

Mənbə: DHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir